Category

Xəbərlər
28 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası-nın təşkilatçılığı, Global Logistics Services-in baş sponsorluğu, Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu, Sahibkarlığın İnkişafı Fondu və Kapital Bank-ın tərəfdaşlığı ilə şirkətlər arasında “2-ci Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyəti...
Ətraflı
Partnyorlarımız bu gün ənənəvi olaraq ziyarət etdiyimiz “Birgə və Sağlam” İctimai Birliyinin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində olublar. Əvvəl iştirakçılar mərkəzin nəzdində fəaliyyət göstərən “Kashalata” kafesini ziyarət edib, autizmli gənclərin hazırladığı ləziz təamlardan dadaraq xoş musiqili tamaşaları dinləyiblər. Həmçinin, birliyin sədri Aytən Eynalova uşaqlar üçün təşkil olunan xüsusi təhsil və tədris metodları,...
Ətraflı
26 oktyabr tarixində 2022-2023 Marsol Group sponsorları, partnyorlar və dövlət rəsmilərinin iştirakı ilə “Prive Steak Gallery” restoranında “Axşam Ziyafəti” baş tutub. Görüşdə Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xaliyev, Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev və “Kapital Bank”ın idarə heyətinin üzvü Fərid Hidayətzadə iştirak edib iştirakçılar arasında B2B və B2G formatında faydalı nitq...
Ətraflı
Bakı Mühəndislik Universitetində Universitet-Sənaye İşbirliyi çərçivəsində “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” başlığı altında seminarımız baş tutub. 26 oktyabrda BMU – Müəssisələrlə Əlaqələr və Karyera departamenti, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Karyera və İnkişaf Mərkəzi ilə birlikdə praktiki seminar keçirilib. Seminar “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan tələbələrə “SG...
Ətraflı
Onlayn görüşlərimiz davam edir. Bu gün baş tutan növbəti onlayn görüş çərçivəsində Marsol Group və Marsol Region partnyorları öz biznesləri haqqında məlumat vermək, B2B müzakirələr aparmaq imkanı əldə ediblər. Görüşdə Marsol Region partnyorluğuna yeni qoşulan süd və süd məhsullarının istehsalı, qablaşdırılması və satışı sahəsində fəaliyyət göstərən “Milk Lake” şirkətinin rəhbəri Xalid Cəfərli təqdimat edib. Xalid...
Ətraflı
Bakı Kob Evində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın görüşü keçirilib. Görüşdə “Dövlət satınalmaları sahəsində mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda ictimai müzakirə baş tutub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov və Xidmətin nümayəndələri dövlət...
Ətraflı
Ofis ziyarətimizin bu dəfəki ünvanı “As Stretch” şirkəti olub. Şirkətin direktoru Ərtoğrul Həsənov iştirakçıları çay süfrəsi ətrafına dəvət edib. Tanışlıqdan sonra iştirakçılar Ərtoğrul bəyin təqdimatında şirkətin fəaliyyətləri haqqında məlumat əldə ediblər. Görüşün davamında partnyorlarımız istehsalat sahəsini ziyarət edərək məhsulların hazırlanma prosesi ilə yaxından tanış olublar. Bununla yanaşı dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyi...
Ətraflı
25 oktyabr tarixində partnyorumuz “MandarinnART” hoteldə “Ofis Ziyarəti” çərçivəsində bir araya gəldik. Otelin kafesində təşkil olunan çay süfrəsi ətrafında sahibkarlar arasında tanışlıq oldu, yeni bazarlara çıxış imkanı təqdim edən işgüzar görüşlər haqqında müzakirələr aparıldı. Görüşdə Astara KOB dostu Seymur Murtuzayev və Kapital Bank Astara filialının rəhbəri Vasif Muradlı da iştirak edərək sahibkarlarla həmsöhbət olub fəaliyyətləri...
Ətraflı
Qax rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları ilə “Göl Kənarı” ailəvi istirahət mərkəzini ziyarət etdik. Sahibkarlarla çay süfrəsi ətrafında ölkənin müxtəlif bölgələrində netvörkinqin inkişafını təmin etmək məqsədi daşıyan işgüzar görüşlər və turlar haqqında müzakirələr apardıq. Yerli iqtisadiyyata töhfə verən və rayonun təbii gözəlliklərindən biri olan “Göl Kənarı” əsas olaraq dadlı balıq təamları və digər dadlı...
Ətraflı
Bu dəfə Marsol Group partnyorları “MVC Group” şirkətini ziyarət ediblər. Sahibkarlar üçün təşkil olunan çay süfrəsi ətrafında tanışlıqlar olub B2B müzakirələr aparılıb. Bununla yanaşı şirkətin təsisçisi Vüsal Musayev “MVC Group”un necə süni daş emalı sahəsində ölkənin qabaqcıllarından birinə çevrildiyindən və məhsulların fərqliliyindən danışıb. Görüş sahibkarlara şirkətin uğurlu fəaliyyəti və məhsulların keyfiyyəti haqqında təsəvvür yaradıb. Daha...
Ətraflı
1 16 17 18 19 20 124