“Dövlət satınalmaları sahəsində mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda ictimai müzakirə

Bakı Kob Evində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın görüşü keçirilib.

Görüşdə “Dövlət satınalmaları sahəsində mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda ictimai müzakirə baş tutub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov və Xidmətin nümayəndələri dövlət satınalmalarında yeni mexanizmlərin tətbiqi, elektron sənədləşmənin qüvvəyə minməsi və şəffaflığın təmin edilməsi istiqamətində səmərəli fikirlər səsləndirib. Həmçinin satınalmalar haqqında qanunvericiliyə edilən dəyişikliklər və 2024-cü il 1 yanvar tarixində qüvvəyə minəcək bəzi qanunlar barədə məlumat verilib.

Marsol Group partnyorlarının da iştirak etdiyi görüşün ikinci hissəsində sahibkarların dövlət satınalmaları və tenderlərin keçirilməsi, onları narahat edən bəzi məsələlər barədə sualları cavablandırılıb və fikirləri dinlənilib.