Ofis Ziyarəti “As Stretch” – 26.10.2023

Ofis ziyarətimizin bu dəfəki ünvanı “As Stretch” şirkəti olub. Şirkətin direktoru Ərtoğrul Həsənov iştirakçıları çay süfrəsi ətrafına dəvət edib. Tanışlıqdan sonra iştirakçılar Ərtoğrul bəyin təqdimatında şirkətin fəaliyyətləri haqqında məlumat əldə ediblər. Görüşün davamında partnyorlarımız istehsalat sahəsini ziyarət edərək məhsulların hazırlanma prosesi ilə yaxından tanış olublar.

Bununla yanaşı dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakı və Xüsusi zonalar üzrə koordinatorluğun KOB dostu Fariz Bağırov da görüşdə iştirak edərək partnyorlarımızla həmsöhbət oldu.

Sonda “As Stretch” və “PanCoffee” şirkəti tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu.

“As Stretch” 2016-cı ildən qida və qeyri-qida sahəsində birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik və kağız taraların istehsalı ilə məşğul olur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Rövşənoğlu Holding
Nano
Mado
MR Group
Lucky Office Sport
Token
Unilift
Pan Coffee
Kapitan Su
KOBİA – KOB dostu