Onlayn görüşlərimiz davam edir.
Bu gün baş tutan növbəti onlayn görüş çərçivəsində Marsol Group və Marsol Region partnyorları öz biznesləri haqqında məlumat vermək, B2B müzakirələr aparmaq imkanı əldə ediblər.
Görüşdə Marsol Region partnyorluğuna yeni qoşulan süd və süd məhsullarının istehsalı, qablaşdırılması və satışı sahəsində fəaliyyət göstərən “Milk Lake” şirkətinin rəhbəri Xalid Cəfərli təqdimat edib. Xalid bəy məhsulların istehsalı ilə bağlı məlumat verərək sahibkarları qablaşdırılmış məhsullarla tanış edib. Sahibkarlar həmçinin 2 ilə yaxındır fəaliyyət göstərən şirkətin satış strategiyaları və alıcı kütləsi ilə bağlı maarifləniblər.