“Təhsildən biznesə: tələbələr üçün karyera yolu” başlığı altında seminar

Bakı Mühəndislik Universitetində Universitet-Sənaye İşbirliyi çərçivəsində “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” başlığı altında seminarımız baş tutub.

26 oktyabrda BMU – Müəssisələrlə Əlaqələr və Karyera departamenti, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Karyera və İnkişaf Mərkəzi ilə birlikdə praktiki seminar keçirilib.

Seminar “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan tələbələrə “SG Logistics” şirkətinin rəhbəri Hicran Novruzov tərəfindən keçirilib.
Seminarda ixtisasın perspektivləri, əlavə təhsil imkanları, təcrübə keçmək üçün şirkətlər və bu sahədə karyera qurmaqla bağlı məsləhətlər verilib. Tələbələr öz suallarını da verərək seminardan faydalanıblar.

Belə tədbirlər gənc nəslin peşəkar inkişafına töhfə verir.