Ofis Ziyarəti “Astara” – “MandarinnART” – 25.10.2023

25 oktyabr tarixində partnyorumuz “MandarinnART” hoteldə “Ofis Ziyarəti” çərçivəsində bir araya gəldik. Otelin kafesində təşkil olunan çay süfrəsi ətrafında sahibkarlar arasında tanışlıq oldu, yeni bazarlara çıxış imkanı təqdim edən işgüzar görüşlər haqqında müzakirələr aparıldı. Görüşdə Astara KOB dostu Seymur Murtuzayev və Kapital Bank Astara filialının rəhbəri Vasif Muradlı da iştirak edərək sahibkarlarla həmsöhbət olub fəaliyyətləri haqqında məlumat verdilər.

Davamında oteldə ekskursiya təşkil olundu.

Marsol Region fəaliyyətləri ilə yeni tanış olan sahibkarlar üçün maraqlı təcrübə oldu.

Görüşün sonunda, 2023-2024-cü il Marsol Region partnyorluğuna yeni qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olundu.

Nəzərinizə çatdıraq ki, “MandarinnART” Astara şəhərində fəaliyyət göstərir. Otelin tərkibində 33 otaq, restoran və kafe mövcuddur. Hovuz ilə üz-üzə yerləşən kafedə isti havalarda sərinləmək və ləziz kokteyllər, şirniyyatlar dadmaq mümkündür. Bunlarla yanaşı otelin daxilində və xaricində uşaqların əylənməsi üçün mini əyləncə ərazisi, oyun zalı, bliardo salonu və SPA(sauna, türk hamamı) xidmətləri və Parking ərazisi mövcuddur.