“Göl Kənarı” ailəvi istirahət mərkəzini ziyarət etdik – 25.10.2023

Qax rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları ilə “Göl Kənarı” ailəvi istirahət mərkəzini ziyarət etdik. Sahibkarlarla çay süfrəsi ətrafında ölkənin müxtəlif bölgələrində netvörkinqin inkişafını təmin etmək məqsədi daşıyan işgüzar görüşlər və turlar haqqında müzakirələr apardıq.

Yerli iqtisadiyyata töhfə verən və rayonun təbii gözəlliklərindən biri olan “Göl Kənarı” əsas olaraq dadlı balıq təamları və digər dadlı və organik məhsullar təqdim edən ailəvi restorandır.