Ofis Ziyarəti “MVC Group” – 25.10.2023

Bu dəfə Marsol Group partnyorları “MVC Group” şirkətini ziyarət ediblər. Sahibkarlar üçün təşkil olunan çay süfrəsi ətrafında tanışlıqlar olub B2B müzakirələr aparılıb. Bununla yanaşı şirkətin təsisçisi Vüsal Musayev “MVC Group”un necə süni daş emalı sahəsində ölkənin qabaqcıllarından birinə çevrildiyindən və məhsulların fərqliliyindən danışıb. Görüş sahibkarlara şirkətin uğurlu fəaliyyəti və məhsulların keyfiyyəti haqqında təsəvvür yaradıb. Daha sonra sahibkarlar əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.

Görüşün sonunda sahibkarlar şourumu gəzərək emal olunan müxtəlif süni daşların istifadə olunduğu məhsullarla yaxından tanış olublar.

“MVC Group” Amerika markası olan DuPont ™ Corian®-ın rəsmi nümayəndəliyi olaraq 2012-ci ildən boşluğu olmayan, ləkələrə qarşı dayanıqlı süni daşların, akrilik möhkəm səthlər və hər yerdə istifadə oluna biləcək solid səthlərin emalı ilə məşğuldur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

VSS Group
Avtotəmir.az
SR Broker
Elar Park
Kila Group
Euroglass Art
Kirpi Tekstil
Medizadə
Antik İnşaat
HZ Group
De Promo