İşgüzar Səhər Yeməyi “Başkent” – 25.10.2023

Bu gün 40-a yaxın Marsol Group partnyoru “Başkent” restoranında “İşgüzar Səhər Yeməyi”ndə iştirak edib. Görüşdə sahibkarlar öz biznesləri haqqında məlumat verərək tanış olub. Davamında Marsol Group-un gələcək fəaliyyətləri və “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi haqqında təqdimat baş tutub.

Sahibkarların öz təcrübələrini bölüşdüyü səmimi mühitdə həmçinin dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov iştirak edərək KOB dostlarının fəaliyyətləri mövzusunda təqdimat edib.

Daha sonra partnyorumuz “Arenol Group”un təqdimatı baş tutub. Şirkətin rəhbəri Tolga Şahin “Arenol Group”un fəaliyyətləri haqqında məlumat verib, sahibkarların suallarını cavablandırıb. Həmçinin, şirkətin xidmətləri ilə bağlı hazırlanmış video çarx izlənilib.

Bununla yanaşı, televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Nuran Hüseynov görüşdə iştirak edib. O, sahibkarlarla həmsöhbət olub.

Sonda 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Arenol Group
A Trading Azərbaycan
Ecostep
Paşa İnvestment
Safi Construction
Başkent
Az Elektrod
Dekoriza
KOBİA – KOB Dostu
EMAZ
AL Group
All Plast
Kovrolin.az
One Smart Star
S-Enna
Evimiz
BHB Strategic and Creatic Co
Labor
Storm Engineering
Məlhəm Hospital
Azela Design
İcecold
Bravotech
Nerj Aləmi
Archi Glass
Katsan Group
ATO Slim
İvento
Helind
Zetaş Yapı
AAC- Qobustone
Ecolife
Caspian Energy Group
Almet Trading Baku
Başak Group
Az Petrol
Bakı Gənclər Mərkəzi