Ofis Ziyarəti “Catering Baku” – 25.04.2024

Aprelin 25-i “Ofis Ziyarəti” çərçivəsində ünvanımız müxtəlif tədbirlərdə furşet təşkili, kofe breyk, korporativ keytrinq, banket təşkili və kokteyl xidməti göstərən “Catering Baku” oldu.

Görüş “İşgüzar Səhər Yeməyi” ilə başlayarkən sahibkarlarımız bir-birilərilə tanış oldular, həm də şirkətin fəaliyyətləri haqqında məlumat aldılar. Şirkətin təsisçisi və direktoru Emilya İsmayılova da “Catering Baku”nun fəaliyyət istiqamətlərini sahibkarlara tanıtdı, həyata keçirilən layihələr haqqında məlumat verdi.

Əlbəttə, bu xidmətlərin ərsəyə gəlməsində hansı işlərin görüldüyünü müşahidə etmək imkanımız da oldu. Görüşün davamında yemək və qənnadı məhsullarının hazırlandığı mətbəxlə yaxından tanış olduq.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

Storm Building
Labor
Brain of Construction
Jet Cinema
Sofistico
Selena Tour
Elektro Mall
Emobile
Asstretch
Azestetik
Piramida Reklam
M Car
Hikmətoğlu
Freshmums LTD