Marsol Group-un əyləncəli fəaliyyətlərindən “Boulinq” zamanı!
Aprelin 25-i bir araya gəldiyimiz “Boulinq” çempionatı artıq 7-ci dəfə təşkil olunur.
Bu dəfəki oyun da sözsüz ki partnyorlarımızın əyləncəli mühitdə bir araya gəlməsi üçün gözəl fürsət idi.
Öz bacarıqları ilə möhtəşəm oyun sərgiləyən partnyorlarımızdan rəqabətin təzyiqinə rəğmən nəticədə “Unicons” şirkətinin direktoru Həsənağa Paşayev oyunun qalibi oldu, kubok və sertifikatla mükafatlandırıldı.
İştirak edən hər kəsə təşəkkür edir, sosial fəaliyyətlərimizdə yenidən bir araya gəlməyi arzulayırıq!