Category

Regional Tərəfdaşların İnkişafı
Şəki şəhərində fəaliyyət göstərən Marsol Region partnyorlarının müəssisələri ziyarət olunub.Mayın 8-də Bakı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarından sahibkarların iştirakı ilə Şəkidə fəaliyyət göstərən “İmdatoğulları” və “Evqur” inşaat müəssisələri ziyarət olunub. Bundan əlavə, məişət texnikalarının servisi sahəsində ixtisaslaşmış “Şəki Servis Mərkəzi”, aqroekoturizm konsepti ilə fəaliyyət göstərən “BioGarden” müəssisəsi və “Əliəhməd Şirniyyat Evi” də ziyarət edilib.Görüş zamanı...
Ətraflı
Marsol Region partnyorları mayın 8-i “Şəki Park”da “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.Bakı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların da iştirak etdiyi görüş qarşılıqlı əlaqələrin yaradılması və regional biznes mühitinin gücləndirilməsi baxımından məhsuldar keçib.Görüşdə “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində bölgələrdə davam edən fəaliyyətlər, eləcə də Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli...
Ətraflı
“İşgüzar Səhər Yeməyi” çərçivəsində Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar bir araya gəlib. “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində avqustun 15-i “İpək Yolu” restoranında təşkil olunan görüşdə dövlət qurumlarından KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev, ADRA-nın Lənkəran Regional Reklam İdarəsinin hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri Şahverən Əlizadə və Marsol Region partnyorları iştirak edib,...
Ətraflı
Regionlarda fəaliyyətlərimiz davam edir. Marsol Region partnyorları və qonaqlarımızla növbəti ziyarətimiz 23 may tarixində Lənkəran şəhərində fəaliyyət göstərən “İpək Yolu” şirniyyat evinə oldu. Səmərəli görüş zamanı partnyorlarımız çay süfrəsi ətrafında öz biznesləri haqqında təqdimat edərək tanış oldular. Dövlət qurumlarından iştirak edən qonaqlarımızda sahibkarlarla həmsöhbət olaraq onların suallarını cavablandırmaqla görüşün daha faydalı keçməsinə, B2G əlaqələrin inkişafına...
Ətraflı
Bu gün Marsol Region partnyorları ilə “Şəki Park”da “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəldik. Fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlarla birgə B2B müzakirələrimiz baş tutdu. “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində bölgələrdə davam edən fəaliyyətlərimiz, eləcə də Marsol Group-un gələcək üçün nəzərdə tutulan fəaliyyətləri haqqında məlumat verdik. Görüşdə Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının baş...
Ətraflı
Paytaxt və Region sahibkarlarımızın daha səmərəli formada bir-biriləri ilə yaxından tanış olması, biznes əlaqələrinin güclənməsi üçün mütəmadi olaraq təşkil etdiyimiz onlayn görüşdə yenidən bir araya gəldik.
Ətraflı
Bu gün Marsol Region partnyorları ilə “SUN Academy” psixoloji xidmət və uşaq inkişaf mərkəzi ziyarət olunub. Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar ofis ziyarəti üçün bir araya gələrək çay süfrəsi ətrafında tanış olublar. Tanışlıqdan sonra “SUN Academy”nin icraçı direktoru Şahzadə Səmərqə və mərkəzin Psixoloqu Elvin Mabud beynəlxalq protokollara əsaslanan yanaşmalarla profesional psixoloji yardım xidməti haqqında...
Ətraflı
25 oktyabr tarixində partnyorumuz “MandarinnART” hoteldə “Ofis Ziyarəti” çərçivəsində bir araya gəldik. Otelin kafesində təşkil olunan çay süfrəsi ətrafında sahibkarlar arasında tanışlıq oldu, yeni bazarlara çıxış imkanı təqdim edən işgüzar görüşlər haqqında müzakirələr aparıldı. Görüşdə Astara KOB dostu Seymur Murtuzayev və Kapital Bank Astara filialının rəhbəri Vasif Muradlı da iştirak edərək sahibkarlarla həmsöhbət olub fəaliyyətləri...
Ətraflı
Qax rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları ilə “Göl Kənarı” ailəvi istirahət mərkəzini ziyarət etdik. Sahibkarlarla çay süfrəsi ətrafında ölkənin müxtəlif bölgələrində netvörkinqin inkişafını təmin etmək məqsədi daşıyan işgüzar görüşlər və turlar haqqında müzakirələr apardıq. Yerli iqtisadiyyata töhfə verən və rayonun təbii gözəlliklərindən biri olan “Göl Kənarı” əsas olaraq dadlı balıq təamları və digər dadlı...
Ətraflı
“İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA” və Marsol Region-un birgə təşkilatçılığı ilə Cənub bölgəsində baş tutan “Biznes Tur”un son günü müxtəlif sitrus meyvələrinin becərilməsi və aqroturizm fəaliyyətləri ilə məşğul olan “Citrus Valley” təsərrüfatı ilə tanış olmaq üçün yola çıxdıq. 2007-ci ildən fəaliyyət göstərən bağın qurucusu Rəftarə Şükürova bizə 15 hektar ərazini təşkil edən məkanda...
Ətraflı
1 2 3 5

This will close in 0 seconds