Turun ikinci günü sahibkarlar “Mona Hotel”də səhər yeməyinin ardından, fərqli dadların məkanı olan “İpək Yolu” şirniyyat evini ziyarət ediblər. Müəssisənin rəhbəri Ruslan bəy sahibkarlara fəaliyyəti və məhsulları haqqında məlumat verib.

Sonra ənənəvi kənd təsərrüfatı sahəsi olan çayçılıqda dadlı və fərqli çayların istehsalı ilə məşğul olan, “Astaraçay” şirkətinin fabrikini ziyarət etdik. Burada müəssisənin istehsalat sahəsi, çay muzeyi, dequstasiya zalı və turistlər üçün fəaliyyət göstərən çay evi ilə tanış olduq.

Marsol Region partnyoru olan “Mandarinnart Hotel & Restaurant”da nahar yeməyindən sonra “Astara Hazırlıq Mərkəzi”nə doğru yola çıxdıq. Mərkəzin rəhbəri Elvin Ağayev “Astara Hazırlıq Mərkəzi”nin uşaqlara təqdim etdiyi dərslər və tədris planı haqqında məlumat verdi.