Paytaxt və Region sahibkarlarımızın daha səmərəli formada bir-biriləri ilə yaxından tanış olması, biznes əlaqələrinin güclənməsi üçün mütəmadi olaraq təşkil etdiyimiz onlayn görüşdə yenidən bir araya gəldik. Görüş zamanı Şəki-Zaqatala və Lənkəran-Astara iqtisadi rayonundan olan Marsol Region partnyorları ilə yanaşı Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülaliyev də iştirak edib və 5%-li dövlət kreditləri ilə bağlı sahibkarlarımızı məlumatlandırıb.

Həmçinin, “Marsol Group”un Şimali Kipr nümayəndəsi və Wotmax Estate şirkətinin rəhbəri İlhami Bilgen görüşümüzə qatılıb. Şirkətin fəaliyyətləri haqqında təqdimat edən İlhami bəy bununla yanaşı Şimali Kipr və Azərbaycan arasında əməkdaşlıqların genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonda Marsol Group-un fəaliyyətləri, yaxın tarixlərdə baş tutacaq Şabran turu və “Regional tərəfdaşların inkişafı layihəsi” çərçivəsində keçiriləcək region konfransı ilə bağlı məlumat verildi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!