Ofis Ziyarəti “SAFİ Construction” – 17.01.2024

Partnyorlarımızla bu gün memarlıq, dizayn və tikinti sahəsində fəaliyyət göstərən “SAFİ Construction” şirkətini ziyarət etdik.

Çay süfrəsi ətrafında bir araya gələn partnyorlarımız tanışlıqdan sonra şirkətin fəaliyyətləri ilə tanış oldular. “Ofis Ziyarəti” şirkətin təsisçisi Samir Ağayevin təqdimatı ilə davam edib. O, “Safi Construction”un tarixi və təsis olunan gündən bu günə Azərbaycanda və xaricdə həyata keçirilən layihələr haqqında məlumat verib.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən şirkət Azərbaycanda dövlət layihələri, özəl villalar, sənaye tikintiləri və bu kimi proyektlərə imza atmış, xaricdə isə restoranlara və villalara xidmət göstərmişdir. Bununla yanaşı şirkət memarlıq, dizayn və tikinti üzrə material təchizatını da həyata keçirərək müştərilərin etibarını, güvənini qazanmışdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sumqayıt Ticarət Mərkəzi
Maqro Construcion
Maricel Real Estate
Kayra Group
Tekaz
Piramida Reklam
ATO Group
Zetaş Yapı
Safi Construction