“İşgüzar Səhər Yeməyi” – 17.01.2024

Bu gün “Kitchen Plus” restoranında baş tutan “İşgüzar Səhər Yeməyi” çərçivəsində Marsol Group partnyorları həm biznes mühitində bir araya gələrək öz şirkətlərini tanıtmaq həm də “Sofistico” şirkəti tərəfindən təşkil olunan təlim çərçivəsində 2024-cü il üzrə vergi məcəlləsindəki dəyişikliklərdən xəbərdar olmaq imkanı əldə ediblər.

Görüş çərçivəsində təşkil olunan maarifləndirici təlim partnyorların diqqətini cəlb edib. Vergi məcəlləsinə edilən əlavələr və dəyişikliklər haqqında müzakirələr aparılıb və “Sofistico” şirkətinin həmtəsisçisi və icraçı direktoru Şamxal Kərimov tərəfindən partnyorların sualları cavablandırılıb.

Bununla yanaşı görüşdə iştirak edən “Təhsil Tələbə Krediti Fondu”nun İdarə Heyətinin sədri Araz Paşayev də çıxış edərək fondun fəaliyyət istiqaməti haqqında sahibkarları məlumatlandırıb.

Həmçinin partnyorlarımız “Marsol Development Center”in ümumi fəaliyyət istiqamətləri, “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq yarışlar və sosial fəaliyyətlər haqqında məlumatlandırılıb. Bununla yanaşı, “Marsol Development Center”in həyata keçirdiyi “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verilib.

Görüşün sonunda 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Golden Rose Boutique
Pro Con İzo
Proglass
Azflex
Unique Lab
Net Elektrik
Rəmzioğlu Paxlava
Akbis
Sultanoğlu Bearings
Kolorit Kafe
Fiore F
Strix Computers
Compar Academy
DePromo
Mesa Group
Mopedo
ERZ ofis mebeli
Eurodoor
Asstretch
Marry Me
Fire Universal Group
FleetStock
United Payment
VMR Tekstil
Sofistico
Javiddo Group
Şanlıurfa
New Sfera
Kitchen Plus