Partnyorlarımız bu dəfə Marsol Group-da B2B görüş çərçivəsində bir araya gəlib. Sahibkarlar arasında ənənəvi olaraq tanışlıqlar olub və tərəfdaşlarımızın şirkətləri haqqında təqdimatı baş tutub. Həmçinin, Marsol Group-un gələcək fəaliyyətləri, sahibkarlar üçün nəzərdə tutulmuş səmərəli B2B imkanlar təqdim edən “Marsol Plus” mobil tətbiqi eləcə də “Biznes Tur”lar haqqında məlumat verilib.

Görüşün sonunda partnyorlarımız “Marsol Development Center”in ümumi fəaliyyət istiqamətləri, “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq yarışlar və sosial fəaliyyətlər haqqında məlumatlandırılıb. Bununla yanaşı, “Marsol Development Center”in həyata keçirdiyi “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verilib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!