“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” adlı layihəyə start verilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” adlı layihəyə start verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Azestetik Group və “Elegant-S” MMC-nin sponsorluğu ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” adlı layihəyə start verilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri və layihə barədə ətraflı məlumat veriblər.

Daha sonra “Azestetik Group”un həmtəsisçisi Fariz Məmmədov, “Elegant-S” MMC-nin təsisçisi Hüseynağa Osmanov çıxış edərək layihənin xanım sahibkarlar üçün əhəmiyyətini vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıblar.

Tədbirin sonunda xanım sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Qeyd edilib ki, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin məqsədi qadın sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Layihədə müxtəlif sektorları təmsil edən 70-ə yaxın qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək. Martın 7-də “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təşkil ediləcək tədbirlə layihə yekunlaşacaq.