Ofis Ziyarəti “Sultan Saray” – “Lənkəran” – 05.10.2023

Cənub zonasında ənənəvi olaraq baş tutan ofis ziyarətimizdə bu dəfə “Sultan Saray”da bir araya gəldik.

Sarayın rəhbəri Sultan Sultanov çay süfrəsi ətrafında partnyorları məkanın fəaliyyəti haqqında məlumatlandırdı. Görüşdə İqtisadiyyat Nazirliyinin Lənkəran Regional bölməsinin müdir müavini Elvin Nəhmətli, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev və “Kapital Bank”ın Lənkəran filialının mikro kreditlər bölməsinin rəhbəri Nizami Bəşirov da iştirak etdi. Onlar, müəssisənin fəaliyyətləri haqqında bir-birilərilə fikir mübadiləsi aparmaq imkanı əldə etdilər.

Görüş çərçivəsində sahibkarların regionda qarşılaşdıqları çətinliklər dilə gətirildi, onların həll yolları barədə geniş müzakirələr aparıldı. Bununla yanaşı iştirakçılar Marsol Group-un gələcək fəaliyyətləri və 7-9 dekabr tarixlərində keçiriləcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi haqqında məlumatlandırıldı.

Sonda Marsol Region partnyorluğuna qoşulan “Sultan Saray”ın rəhbəri Sultan bəyə “Üzvlük” sertifikatı təqdim olundu.

İştirak edən dövlət qurumlarına və sahibkarlara təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!