Ofis Ziyarəti “Klimatex” – 05.10.2023

Bu gün partnyorlarımızın iştirakı ilə “Klimatex” şirkətini ziyarət etdik. Burada sahibkarlar bir-birilərilə tanış olduqdan sonra öz biznes təcrübələrini bölüşüb, yeni əməkdaşlıq imkanlarının yaranmasına vasitəçi oldular. Daha sonra şirkətin təsisçisi İlham Mahmudov iştirakçılara öz biznesindən bəhs etdi. İlham bəy məhsulların fərqliliyi ilə bağlı müxtəlif məlumatlar verdi. Təqdimatın ardından partnyorlar bir-birilərilə şirkət haqqında fikir mübadiləsi apardılar.

Görüşün sonunda iştirakçılar şourumu gəzərək müxtəlif havalandırma sistemlərinin xüsusiyyətləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, “Klimatex” 2004-cü ildən istilik sistemləri, havalandırma, kondisioner və su sistemlərinin layihələndirilməsi və quraşdırılması sahəsində fəaliyyət göstərir. Şirkət hava kanalları ilə yanaşı havalandırma sistemində ən əsas detallardan biri olan hava mənfəzlərini də istehsal edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

AS STRETCH
Mado
Business Finance & Audit
İnmotion Trading
Zetaş Yapı Malzemeleri
Ecolife
Eurodoor
Arch Project
Dəmirağac Engineering
Sarp Systems