Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş – 04.10.2023

Sahibkarlar arasında netvörkinq əlaqələrinin gücləndirilməsini hədəfləyən onlayn görüşlər davam edir.

Bu dəfəki onlayn görüş çərçivəsində iştirakçılar arasında baş tutan tanışlığın ardından bir sıra “B2B” müzakirələr aparılıb. Görüş zamanı paytaxt və region sahibkarları öz bizneslərini tanıdaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına vasitəçi olublar. Bununla yanaşı Marsol Group-un gələcək fəaliyyətlərindən bəhs olunub. Partnyorlara “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi haqqında məlumat verilib.

Görüşün davamında iştirakçılardan “Qinyətoğulları” arıçılıq təsərrüfatının rəhbəri Lətif Lətifov Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən mağazanı nümayiş etdirərək arı məhsulları haqqında partnyorları məlumatlandırıb.

Nəzərinizə çatdıraq ki, “Qinyətoğulları” arıçılıq təsərrüfatı 44 ildir ki, təbii və yüksək keyfiyyətli bal, çiçək tozu, arı südü və vərəmum istehsalı ilə məşğul olur.

Ənənəvi görüşlərlə yanaşı, həm də sahibkarlar arasında daha əlçatan və səmərəli olduğunu düşündüyümüz onlayn görüşlərə də üstünlük veririk. Sahibkarlarımız qısa müddət ərzində həm tanış olur, həm də əməkdaşlıq imkanlarını dəyərləndirirlər.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!