Ofis Ziyarəti “Sabiroğlu” – 04.10.2023

Partnyorların bir-birilərilə mövcud əlaqələrini gücləndirməsinə vasitəçi olan “Ofis Ziyarəti” görüşündə bu dəfə “Sabiroğlu” şirkətində qonaq olduq. İştirakçılar bir-birilərilə tanış olaraq biznes təcrübələrini bölüşdülər. Ardından şirkətin rəhbəri Samir Sabiroğlu avtomobil yağları, avtomobil işıqları və avtomobil filterləri haqqında sahibkarları məlumatlandırıb. Daha sonra şirkətin anbarına ekskursiya təşkil olundu. Sahibkarlar burada anbardaki müxtəlif yağlar, ehtiyat hissələri və digər məhsullarla yaxından tanış oldular.

Bununla yanaşı, sahibkarları bir araya gətirmək, onların əməkdaşlıq və əlaqələrini gücləndirmək məqsədi daşıyan maraqlı görüş haqqında partnyorlarımız fikir mübadiləsi apardılar.

“Sabiroğlu” şirkəti bir çox dünya brendlərinin Azərbaycandaki rəsmi distribütorudur. Şirkət 1992-ci ildən etibarən fərqli iş texnikaları və yük maşınlarının orijinal, keyfiyyətli ehtiyat hissələrinin ölkəyə idxalı, eyni zamanda topdan və pərakəndə satışını təşkil edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Zamex
Unilift
Formag Baku
Mopedo
Net Elektrik
Az-Break Systems
Sleep and Bed
Amazon Travel
Çapar Group
Rövşənoğlu Holding
Sabiroğlu