Ofis Ziyarəti “Unity Technologies” – 06.10.2023

Sahibkarlar arasında sıx əməkdaşlıqlar üçün onların bir-birilərilə qarşılıqlı əlaqədə olması böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə təşkil etdiyimiz “Ofis Ziyarəti” çərçivəsində bugün partnyorlarla birlikdə İT autsorsinq şirkəti olan “Unity Technologies”də bir araya gəldik. Şirkətin ofisində partnyorlar üçün təşkil olunan çay süfrəsi ətrafında tanışlıqlar baş tutdu. İştirakçılar öz biznesləri haqqında məlumat verdikdən sonra şirkətin rəhbəri Rəvan Məmmədrzayev sahibkarlara fəaliyyətlərindən danışdı. Ardından şirkətin şourumunda gəzinti təşkil olundu. Rəvan bəy burada partnyorları şəbəkə, keçid və təhlükəsizlik sistemləri ilə yaxından tanış etdi.

Həmçinin görüşümüz bununla yekunlaşmayıb, “Kapital Bank”ın Ağ Şəhər KOB mərkəzi filialına ekskursiya təşkil olunub. Ofis ziyarətində iştirak edən Ağ Şəhər KOB mərkəzi filialının müdiri Tofiq Mikayılov bizə filialdaki xidmətlər haqqında məlumat verib.

Qeyd edək ki, “Unity Technologies” şəbəkə, keçid, təhlükəsizlik sistemlərinin, serverlərin, İP Telefoniya və Meeting Room-ların qurulması və eləcə də katric dolum xidmətləri göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Hellman Logistika
Proav
Kapital Bank
Maurrra Group
Office Pro
Kibritech
Nurlu Parfum
MG Motors
Basqal Resort