İşgüzar Səhər Yeməyi “Şəki Park” – 30.01.2024

Bu gün Marsol Region partnyorları ilə “Şəki Park”da “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəldik. Fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlarla birgə B2B müzakirələrimiz baş tutdu.

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində bölgələrdə davam edən fəaliyyətlərimiz, eləcə də Marsol Group-un gələcək üçün nəzərdə tutulan fəaliyyətləri haqqında məlumat verdik.

Görüşdə Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının baş mütəxəssisi Vaqif Əsədullayev də qonağımız oldu. Vaqif bəy Agentliyin ümumi fəaliyyət istiqamətləri haqqında iştirakçıları məlumatlandırdı, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlıq haqqında müzakirələr aparıldı.

Sonda Marsol Region partnyoru “Sun Academy”nin nümayəndəsi psixoloq Elvin Mabud tərəfindən partnyorlara idarəetmə və liderlik mövzusunda təlim təşkil olundu. İdarəetmə psixologiyası ilə bağlı vacib nüansları diqqətə çatdıran Elvin bəy iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırdı.