Ofis Ziyarəti “Şəki” – “SUN Academy” – 13.01.2024

Bu gün Marsol Region partnyorları ilə “SUN Academy” psixoloji xidmət və uşaq inkişaf mərkəzi ziyarət olunub. Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar ofis ziyarəti üçün bir araya gələrək çay süfrəsi ətrafında tanış olublar. Tanışlıqdan sonra “SUN Academy”nin icraçı direktoru Şahzadə Səmərqə və mərkəzin Psixoloqu Elvin Mabud beynəlxalq protokollara əsaslanan yanaşmalarla profesional psixoloji yardım xidməti haqqında təqdimat edib qiymətləndirmə əsasında hazırlanan reabilitasiya proqramı və digər fəaliyyətləri haqqında məlumat verib.

Görüşdə dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəki KOB Dostu Elbrus İskəndərov da iştirak edərək müəssisənin fəaliyyəti ilə yaxından tanış olub. O, KOBİA-nın dəstək mexanizmləri çərçivəsində regionun inkişaf potensialının dəyərləndirilməsi ilə bağlı sahibkarları maarifləndirib.

Nəzərinizə çatdıraq ki, Marsol Region partnyoru olan “SUN Academy” sübuta və beynəlxalq protokollara əsaslanan yanaşmalarla profesional psixoloji yardım xidməti göstərir. Türkiyədə ixtisaslaşmış psixoloq və psixoterapevt tərəfindən yeniyetmələrin, yetkin şəxslərin və ailələrin psixi sağlamlığının dəstəklənməsi üçün psixoterapiyalar da həyata keçirilir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!