Ofis Ziyarəti “Construction Business Group” – 12.01.2024

Marsol Group partnyorları bu dəfə Respublika ərazisində bir çox tikinti layihələrinə öz töhvəsini vermiş “Construction Business Group”un qonağı oldu. “Ofis Ziyarəti” çərçivəsində təşkil olunan görüşdə sahibkarlarla çay süfrəsi ətrafında B2B müzakirələr baş tutdu, iştirakçılar şirkətləri haqqında məlumat verib öz biznes təcrübələrini bölüşdülər. Sonra “Construction Business Group”un təsisçisi Elmir Babayev şirkətin bitmiş layihələri və gələcək üçün nəzərdə tutulan layihələr haqqında məlumat verdi.

“Construction Business Group” 2019-cu ildən etibarən tikinti sektorunda fəaliyyət göstərir. Şirkət Azərbaycanla bərabər ölkə xaricində də öz uğurlu layihələrini həyata keçirməyə davam edir. Qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq “Construction Business Group” regionda və paytaxtda bir çox tikinti layihələrinə öz töhfəsini verib.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Master Tools
Ascend
Bravotech
Arsi Group
A Trading
Euroglass Art
Storm Engineering
Almet Trading
Al Group
Osmanlı Group
Yecago
İcon Pərdə