Ofis Ziyarəti “ROOF Academic Training” – 11.01.2024

Marsol Group-un növbəti ofis ziyarətinin ünvanı “ROOF Academic Training” oldu. Görüş çərçivəsində şirkətin icraçı direktoru Nabat Hüseynzadə partnyorlarımızı çay süfrəsi ətrafında qonaq etdi. İştirakçılar bir-birilərilə tanış olduqdan sonra Nabat xanım şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd etdi ki, “ROOF Academic Training”in 1450-dən çox tələbəsi IT, UPenn, Georgia Tech, Toronto, McGill, Imperial College London, kimi nüfuzlu universitetlərdə təhsil alır.

“ROOF Academic Training” təhsil şirkətinin əsas məqsədi potensiallı gənclərin dünyanın müxtəlif universitetlərində təhsil alaraq həm öz karyeralarını qurmalarına, həm də dövlətimiz üçün faydalı vətəndaş kimi yetişmələrinə dəstək olmaqdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Halal-P
14 Store
Labor
Orvita Psixologiya Mərkəzi
Roll-up.az
ERZ Ofis Mebeli
Buta Glass
Acıbadəm
Başkent
KOBİA