İşgüzar Səhər Yeməyi “Restore” – 11.01.2024

Bu gün partnyorlarımız “Restore” restoranında “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib. İştirakçılara Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib və bu mövzuda partnyorların təklifləri müzakirə olunub. Daha sonra iştirakçılar şirkətləri haqqında məlumat verərək bir-birilərilə tanış olublar. İş dünyasının aktual məsələləri, özəl və dövlət təşkilatları arasında əməkdaşlıqlar haqqında ətraflı müzakirələr olub.

Görüşdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də partnyorlarla həmsöhbət olub və onların suallarını cavablayıb. Həmçinin ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində görüləcək tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.

Davamında isə partnyorlarımızla birlikdə 2023-2024 Marsol Group sponsoru “Omnitech” şirkəti ziyarət olunub. İştirakçılar şirkətlə tanış olub, təklif olunan xidmətlər haqqında məlumat alıblar. Nəzərinizə çatdıraq ki, Omnitech şirkəti “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərir.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Restore
Şərq Motors
Tekaz
İnkdustry
Tuna
Dövlət Məşğulluq Agentliyi
ArchiCo Academy
Mars-A
Slavyanka
Acom Təhlükəsizlik Sistemləri
Baku Elektrik
Nar Mobile
Edde Global
Hellman Logistika
Fratelli
GST Company
Omnitech
189 Kuryer
MVC Group
Kapital Bank
GR Group
DMA