“Data analiz ilə biznesdə necə uğur qazanmaq olar?” – 13.01.2024

Bu gün “Marsol Development Center”in təşkilatçılığı ilə sahibkarlar üçün “Data analiz ilə biznesdə necə uğur qazanmaq olar?” mövzusunda növbəti maarifləndirici təlim baş tutub. Sahibkarlar tanışlıq zamanı Marsol Group fəaliyyətləri və biznes mühitində daha doğru qərarlar vermək eləcə də səmərəli addımlar atmağa yönəlik təşkil olunan təlimlərin əhəmiyyəti haqqında müzakirələr aparıblar.

Tədbirin təlim hissəsində Data analist Müşviq İmamverdiyev günümüzdə bizneslər üçün böyük həcmdə məlumat istehsal edən texnoloji vasitələrin vacibliyini vurğulayıb. Biznes analiz metodlarının istifadəsinin artımına təkan verən təkamül prosesləri ilə bağlı bir sıra mövzulara aydınlıq gətirilib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Mobil Group
Foto Xalça
Marry Me
Dekoriza
Greenwood
VMR Tekstil
MR Group
Enerji-N
Kitchen Plus
İnes Precast
Maurrra Group