Category

Xəbərlər
Bugün partnyorlarımızın iştirakı ilə “SCZ” şirkətinin ofisində bir araya gəldik. “SCZ”nin rəhbəri Ziya Özdəmir bəy bizləri çay süfrəsi ətrafında qonaq edərək şirkətin təklif etdiyi xidmətlərlə tanış etdi. Partnyorlarımız bir-birilərilə şirkət haqqında fikir mübadiləsi apardılar. Daha sonra şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu. Həmçinin görüşdə sahibkarlar müəssisənin istehsalat bölməsində metal kəsim avadanlıqlarının iş prosesi ilə yaxından...
Ətraflı
Marsol Group partnyorları 6 sentyabr tarixində”Axşam ziyafəti” və “Mafia” oyununda bir araya gəliblər. “La Liga Lounge Center”də baş tutan oyunda fəal iştirak edən partnyorlar bir-birilərilə biznes təcrübələrini bölüşmək imkanı əldə ediblər. Həmçinin, yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. İştirakçılar, rəqabət dolu oyunun ardından Marsol Group fəaliyyətləri haqqında fikir mübadiləsi aparıblar. Görüşdən fotoları sizlərlə bölüşürük… İştirak edən...
Ətraflı
Marsol Group və Marsol Region partnyorları arasında növbəti onlayn görüş baş tutub. Regionda fəaliyyət göstərən sahibkarlarla paytaxt sahibkarları arasında netvörkinqin inkişafını təmin etmək məqsədilə tanışlıqlar və B2B müzakirələr olub. Həmçinin, təşkil etdiyimiz biznes turlar sayəsində tanış olmuş partnyorlar mövcud əlaqələrini gücləndirmək imkanı əldə ediblər. Netvörkinqin regional bölgələrdə inkişaf etdirilməsi istiqamətində önəmli bir addım olan onlayn...
Ətraflı
Bu dəfə partnyorlarımızı “İST Services” şirkətinin ofisində bir araya gətirdik. “Ofis Ziyarəti” görüşü çərçivəsində şirkətin təsisçisi və direktoru Orxan Xəlilzadə təşkil olunan çay süfrəsi ətrafında partnyorlarımızı fəaliyyətləri haqqında məlumatlandırıb. Görüş zamanı sahibkarlar öz bizneslərini təqdim edərək yeni əməkdaşlıqları təşviq edən mühit yaradıblar. Onlar həmçinin, şirkətin fəaliyyət sahəsi olan sənaye müəssisələri əməkdaşları üçün təşkil olunmuş təlimlər...
Ətraflı
Bugünkü növbəti ofis ziyarətimiz “Estet” şirkətində baş tutub. İştirak edən şirkətlər arasında yeni tanışlıqlar yaranması məqsədilə təşkil etdiyimiz görüşdə şirkətin rəhbəri Elşən Həsənov və kommersiya direktoru Anar Yusubov bizlərə çay süfrəsi ətrafında fəaliyyətləri haqqında məlumat verib. Onlar yanğın siqnalizasiya və sulu söndürmə sistemləri, havalandırma sistemləri haqqında danışıblar. Bununla yanaşı partnyorların şirkət haqqında verdikləri suallarını cavablandırıblar....
Ətraflı
Bugün partnyorlarımızla birlikdə 2022-2023 Marsol Group sponsoru olan “Silo Construction” şirkətinin ofisini ziyarət etdik. Görüş çərçivəsində şirkətin rəhbəri Emin Fərəcov partnyorlarımızı çay süfrəsinə dəvət edib. Emin bəy bitki məhsullarının emalı və saxlanması ilə məşğul olan müəssisələrin layihələndirilməsi, tikintisi haqqında söhbət açaraq şirkətin fəaliyyət sahəsini partnyorlarımıza tanıdıb. Həmçinin, şirkətin Marsol Group-la birgə əməkdaşlığı haqqında mövzulara toxunulub....
Ətraflı
“Şəxsi effektivliyin artırılması” mövzusunda növbəti təlim baş tutub. Marsol Group-un nəzdində fəaliyyət göstərən Marsol Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan təlimdə “SAT Group” şirkətinin təlimçisi Şaiq Zamanov mövzu çərçivəsində partnyorlarımızı maarifləndirib. Şaiq bəy sahibkarlıqda şəxsi effektivliyin rolunu vurğulayaraq daha məhsuldar olmaq və doğru hədəflər müəyyən etmək haqqında bir çox mövzulara toxunub. İştirakçılar üçün...
Ətraflı
Bugün baş tutan növbəti ofis ziyarətində “Fenstar” şirkətinin qonağı olduq. Alminium və PVC qapı-pəncərələrin istehsalı ilə məşğul olan şirkətin rəhbəri Araz Xankişili iştirakçıları çay süfrəsi ətrafına dəvət edərək qapı-pəncərə istehsalındaki incəliklər haqqında məlumat verib. Bununla yanaşı o, Marsol Group fəaliyyətləri haqqında öz təəssüratlarını bölüşüb. Görüşün davamında sahibkarlar müəssisənin istehsalat sahəsini gəzərək avadanlıqlar və istehsal prosesi...
Ətraflı
Partnyorlarımızın iştirakı ilə bu dəfə gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkilini həyata keçirən sosial xidmət müəssisəsi “Bakı Gənclər Mərkəzi”ni ziyarət etdik. Mərkəzin direktor müavini Günay Talıbova və Arzu Əzizova partnyorlarımızı restoran hissəsində çaysüfrəsi ətrafına dəvət edərək gənclər üçün karyera quruculuğu, təcrübə proqramları, təlim və görüşlər haqqında məlumat veriblər. Görüşün davamında sahibkarların...
Ətraflı
Netvörkinqin regionda inkişafını təmin etmək məqsədi ilə “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Marsol Region və Marsol Group partnyorları arasında onlayn görüş təşkil etdik. Şəki-Zaqatala bölgəsindən görüşə qatılan Marsol Region partnyorları ilə paytaxt sahibkarları arasında tanışlıq baş tutub. Onlar bir-birilərilə biznes təcrübələrini bölüşərək həmsöhbət olublar. Onlayn görüş çərçivəsində Marsol Region partnyoru, arıçılıq ləvazimatlarının istehsalı və satışı...
Ətraflı
1 79 80 81 82 83 178

This will close in 0 seconds