Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş

Netvörkinqin regionda inkişafını təmin etmək məqsədi ilə “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Marsol Region və Marsol Group partnyorları arasında onlayn görüş təşkil etdik. Şəki-Zaqatala bölgəsindən görüşə qatılan Marsol Region partnyorları ilə paytaxt sahibkarları arasında tanışlıq baş tutub. Onlar bir-birilərilə biznes təcrübələrini bölüşərək həmsöhbət olublar.

Onlayn görüş çərçivəsində Marsol Region partnyoru, arıçılıq ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Babil Group” şirkətinin rəhbəri Azər Camalov bizə istehsalat sahəsini göstərərək fəaliyyətləri ilə daha yaxından tanış edib.

Nəzərinizə çatdıraq ki, “Babil Group” arı yuvaları, çərçivələri və digər arıçılıq ləvazimatları ilə yanaşı fərdi yaşayış evləri və ofislər üçün mebel istehsalı ilə də məşğuldur. Bununla yanaşı şirkət Azərbaycanın bütün bölgələrinə təhlükəsiz şəraitdə yükdaşıma xidməti göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!