“Bakı Gənclər Mərkəzi” – 31.08.2023

Partnyorlarımızın iştirakı ilə bu dəfə gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkilini həyata keçirən sosial xidmət müəssisəsi “Bakı Gənclər Mərkəzi”ni ziyarət etdik. Mərkəzin direktor müavini Günay Talıbova və Arzu Əzizova partnyorlarımızı restoran hissəsində çaysüfrəsi ətrafına dəvət edərək gənclər üçün karyera quruculuğu, təcrübə proqramları, təlim və görüşlər haqqında məlumat veriblər. Görüşün davamında sahibkarların müəssisə haqqında verdikləri suallar cavablandırılıb. Daha sonra Günay xanım Heydər Əliyev Muzeyi başda olmaqla konfrans zalı, intellektual oyun otağı və digər otaqlarla partnyorlarımızı tanış edib. Partnyorlarımız bir-birlərilə müəssisənin fəaliyyətləri haqqında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Nəzərinizə çatdıraq ki, “Bakı Gənclər Mərkəzi” mövcud potensialların üzə çıxarılması üçün təşkil olunan təkmilləşdirmə proqramları ilə gənclərin özlərini rahat hiss etmələri, öyrənməkdən zövq almaları və axtardığı informasiyanı vaxtında tapa bilmələrinə vasitəçi olur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Catering Baku
Kids Praznik
Shane Academy
Birgə və Sağlam İ.B
Jet Cinema
Stand Pro
Amazon Travel
Difa Consulting