Ofis və İstehsalat ziyarəti “Fenstar” – 31.08.2023

Bugün baş tutan növbəti ofis ziyarətində “Fenstar” şirkətinin qonağı olduq. Alminium və PVC qapı-pəncərələrin istehsalı ilə məşğul olan şirkətin rəhbəri Araz Xankişili iştirakçıları çay süfrəsi ətrafına dəvət edərək qapı-pəncərə istehsalındaki incəliklər haqqında məlumat verib. Bununla yanaşı o, Marsol Group fəaliyyətləri haqqında öz təəssüratlarını bölüşüb. Görüşün davamında sahibkarlar müəssisənin istehsalat sahəsini gəzərək avadanlıqlar və istehsal prosesi ilə yaxından tanış olublar.

“Fenstar” Alminium və PVC qapı-pəncərələrin, qapaqlı və silikon cəbhələrin, ofis arakəsmələrin, sürgü sistemlərinin istehsalı sahəsində fəaliyyət göstərir.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Brain of Construction
AZ Dizayn
Sleep And Bed
Arch Project
Sultanoğlu Bearings
Ağ Saray
S-ENNA
Fenstar