“Şəxsi effektivliyin artırılması” – 02.09.2023

“Şəxsi effektivliyin artırılması” mövzusunda növbəti təlim baş tutub. Marsol Group-un nəzdində fəaliyyət göstərən Marsol Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan təlimdə “SAT Group” şirkətinin təlimçisi Şaiq Zamanov mövzu çərçivəsində partnyorlarımızı maarifləndirib. Şaiq bəy sahibkarlıqda şəxsi effektivliyin rolunu vurğulayaraq daha məhsuldar olmaq və doğru hədəflər müəyyən etmək haqqında bir çox mövzulara toxunub. İştirakçılar üçün maarifləndirici mövzunun ardından təlim haqqında fikir mübadiləsi aparılıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Kapital Bank
CİB Pay
Enerji-N
La Liga Lounge Center
Dəmirağac Engineering
Office Pro