Ofis və istehsalat ziyarəti “SCZ” – 07.09.2023

Bugün partnyorlarımızın iştirakı ilə “SCZ” şirkətinin ofisində bir araya gəldik. “SCZ”nin rəhbəri Ziya Özdəmir bəy bizləri çay süfrəsi ətrafında qonaq edərək şirkətin təklif etdiyi xidmətlərlə tanış etdi. Partnyorlarımız bir-birilərilə şirkət haqqında fikir mübadiləsi apardılar. Daha sonra şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu. Həmçinin görüşdə sahibkarlar müəssisənin istehsalat bölməsində metal kəsim avadanlıqlarının iş prosesi ilə yaxından tanış oldular. Şirkətin fəaliyyətlərini müzakirə etmək imkanı əldə edən partnyorlar görüşün işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğunu vurğuladılar.

“SCZ” şirkəti hal-hazırda CNC lazer kəsim, giyotin kəsim, büküm, Latun, elektrostatik tozboya işləri və paslanmaz işləri görür. Bununla yanaşı, elektrik panellərinin istehsalı, yanğın qapı və nərdivanları, stendlər, ofis dolabları, tozboya istehsalı və profil kəsimi də xidmətlərinə daxildir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Green Wood
Azplasttech
AzPark Group
MR Group
NS Rattan
Shabran Wellbeing Resort
Fire Universal Group
Kapital Bank
AHMADOGLU
Storm Building