Business Breakfast “Özsüt” – 08.09.2023

Bugün “Özsüt” restoranında partnyorlarımızın iştirakı ilə “Business Breakfast” görüşümüz baş tutub.

Müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar bir-birilərilə tanış olublar. Görüş çərçivəsində “Marsol Group”un gələcək fəaliyyətləri haqqında partnyorlarımıza məlumat verilib. Yeni iş fürsətlərini qiymətləndirmək məqsədilə sahibkarlar öz biznes təcrübələrini bölüşərək əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Tanışlıqdan sonra 2023-2024-cü il Marsol Group partnyorluğuna yeni qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

Daha sonra “Qolat Sport Services”in fəaliyyətləri ilə bağlı təqdimat baş tutub. Şirkətin rəhbəri Səid Bağırov sahibkarlara fəaliyyətləri haqqında məlumat verib. Həmçinin, partnyorlarımıza Marsol Group və “Qolat Sport Services”in birgə təşkilatçılığı ilə baş tutacaq “Marsol Mini Futbol Turniri 2023”  haqqında məlumat verilib. Bununla yanaşı “SAT Goup” şirkətinin rəhbəri Azad Qəhrəmanovun satış, marketinq və idarəetmə yönümlü təlimi baş tutub. Azad bəy mövzu çərçivəsində sahibkarları maarifləndirib.

Görüşdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də partnyorlarla həmsöhbət olub və onların suallarını cavablayıb.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Concrete Bureau
AAFT
Pan Coffee
Marxal Resort
Ecolife
Texno Gallery
Medical Media
New Life Systems
Caspian Cable Systems
Unilegal Consulting
Dövlət Məşğulluq Agentliyi
Birgə və Sağlam İB
BMY Caspian
Dəmirağac Engineering
Eurodoor
Kral Rent A Car
Crea
Safe Doors
8 Cent
Referans Klinika
Ecolife
Sat Group
Unisell
Qolat Sport Services