Xanım Sahibkarlar üçün “Praktik Satış” mövzusunda təlim

9 sentyabr tarixində Marsol Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Marsol Group partnyoru olan xanım sahibkarlar “Praktik Satış” təliminə qatılıblar. Təlim çərçivəsində praktiki davranış qaydaları, müxtəlif satış strategiyalarının və marketinq anlayışlarının tətbiqi yolları haqqında yararlı müzakirələr aparılıb. Xanım sahibkarlar fəal şəkildə iştirak edərək mövzu haqqında maraqlı gələn sualları təqdim ediblər. Görüşün sonunda təlimdə iştirak edən sahibkarlar əldə etdikləri biliklər sayəsində iş fəaliyyətlərini daha da təkmilləşdirəcəklərinə əmin olduqlarını bildiriblər.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

İdeal Print
Labor
Aila”s Group
Azela Design
Roof Academy
166 Yükdaşıma və Logistika