Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş

Marsol Group və Marsol Region partnyorları arasında növbəti onlayn görüş baş tutub. Regionda fəaliyyət göstərən sahibkarlarla paytaxt sahibkarları arasında netvörkinqin inkişafını təmin etmək məqsədilə tanışlıqlar və B2B müzakirələr olub. Həmçinin, təşkil etdiyimiz biznes turlar sayəsində tanış olmuş partnyorlar mövcud əlaqələrini gücləndirmək imkanı əldə ediblər. Netvörkinqin regional bölgələrdə inkişaf etdirilməsi istiqamətində önəmli bir addım olan onlayn görüş sahibkarlar arasında əməkdaşlıq imkanlarını qiymətləndirmək və gələcək birgə layihələri müzakirə etmək imkanı təqdim edib.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Xan Evi Mebel
Anar Bal Evi
Bio Garden
Marxal Resort & Spa
Kaspi Təhsil
Cabiroğlu İnşaat
Globus Travel
Novator
Unilift
A.Asaş Construction
Logitrans
TEK Group
RiF Ofis Mebeli