Ofis Ziyarəti “İST Service” – 06.09.2023

Bu dəfə partnyorlarımızı “İST Services” şirkətinin ofisində bir araya gətirdik. “Ofis Ziyarəti” görüşü çərçivəsində şirkətin təsisçisi və direktoru Orxan Xəlilzadə təşkil olunan çay süfrəsi ətrafında partnyorlarımızı fəaliyyətləri haqqında məlumatlandırıb. Görüş zamanı sahibkarlar öz bizneslərini təqdim edərək yeni əməkdaşlıqları təşviq edən mühit yaradıblar. Onlar həmçinin, şirkətin fəaliyyət sahəsi olan sənaye müəssisələri əməkdaşları üçün təşkil olunmuş təlimlər haqqında fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin, şirkətin fəaliyyətləri ilə bağlı hazırlanmış video çarx izlənilib.

Qeyd edək ki, “İST Services” ümumi SƏTƏM, yükqaldırma, transport və logistika, xilasetmə, dənizdə sağqalma, mühəndislik, qida təhlükəsizliyi kimi sahələrdə təlimlər həyata keçirir. Şirkət neft-qaz və digər sənaye müəssisələri əməkdaşlarına yüksək səviyyəli, peşəkar təlimlər verməklə onların daha çox inkişafına vasitəçi olur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Envix Print
Dekoriza
AS Stretch
Helind
Ascend
N-Advert
Brake Systems Azerbaijan
Şabran Resort