Ofis Ziyarəti “Estet” – 05.09.2023

Bugünkü növbəti ofis ziyarətimiz “Estet” şirkətində baş tutub. İştirak edən şirkətlər arasında yeni tanışlıqlar yaranması məqsədilə təşkil etdiyimiz görüşdə şirkətin rəhbəri Elşən Həsənov və kommersiya direktoru Anar Yusubov bizlərə çay süfrəsi ətrafında fəaliyyətləri haqqında məlumat verib. Onlar yanğın siqnalizasiya və sulu söndürmə sistemləri, havalandırma sistemləri haqqında danışıblar. Bununla yanaşı partnyorların şirkət haqqında verdikləri suallarını cavablandırıblar. Görüşün davamında sahibkarlar şirkətin fəaliyyəti haqqında fikir mübadiləsi apararaq həmsöhbət olublar. Görüşdə həmçinin, şirkətin fəaliyyətləri ilə bağlı hazırlanmış video çarx izlənilib.

Nəzərinizə çatdıraq ki, “Estet” şirkəti yanğın siqnalizasiya və sulu söndürmə sistemləri, havalandırma sistemləri, təhlükəsizlik, xəbəretmə və kamera sistemləri, mərkəzi səs və TV sistemləri, İT server otaqları üçün yüksəldilmiş döşəmə və bunun kimi bir çox xidmət təklif edir. Həmçinin, Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Zetaş Yapı
Arenol
Green Enery Company
EMAZ Group
Şabran Resort