Ofis Ziyarəti “Silo Construction” – 05.09.2023

Bugün partnyorlarımızla birlikdə 2022-2023 Marsol Group sponsoru olan “Silo Construction” şirkətinin ofisini ziyarət etdik. Görüş çərçivəsində şirkətin rəhbəri Emin Fərəcov partnyorlarımızı çay süfrəsinə dəvət edib. Emin bəy bitki məhsullarının emalı və saxlanması ilə məşğul olan müəssisələrin layihələndirilməsi, tikintisi haqqında söhbət açaraq şirkətin fəaliyyət sahəsini partnyorlarımıza tanıdıb. Həmçinin, şirkətin Marsol Group-la birgə əməkdaşlığı haqqında mövzulara toxunulub. Azərbaycanın bir çox rayonlarında müxtəlif siloların quraşdırılıb təhvil edilməsini təmin edən “Silo Construction” partnyorlarımızın diqqətini cəlb edib. Görüşün davamında şirkətin fəaliyyətləri ilə bağlı hazırlanmış video çarx izlənilib.

Qeyd edək ki, Türkiyənin məşhur “Mysilo” şirkətinin Azərbaycandaki rəsmi nümayəndəsi olan “Silo Construction” taxıl təmizləmə, toxum təmizləmə, yem zavodları, dəyirmanlar, qurutma, yükləmə və nəqliyyat avadanlıqlarının aparıcı istehsalçıları ilə səmərəli əməkdaşlıq edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Qurban.az
Onur Plast
Rövşənoğlu Holding
Qanun Mühasibatlıq
Şəms Tərcümə
Abşeron Logistika Mərkəzi
Labor
A Trading Azərbaycan
Basqal Resort