Daha bir yeniliyə imza ataraq ölkə daxili şirkətlərin təqdimatını özündə əks etdirən “Business Catalogue”nu hazırlayaraq iş dünyasına təqdim etdik. Ümid edirik ki, “Business Catalogue” Azərbaycan iqtisadiyyatının ayrı-ayrı istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri haqqında dolğun məlumat almağı asanlaşdıracaq.
Fevralın 1-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” ASC və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə biznes tərəfdaşlığına həsr olunmuş “Partners and Business” mövzusunda tədbir keçirilib.