Ofis Ziyarəti “One Smart Star” – 24.04.2024

Əlbəttə bir çoxları *0555 nömrəsini bilir.

Bəs bu ulduzlu nömrə haradan gəlir?

“Ofis Ziyarəti” çərçivəsində aprelin 24-ü məhz bu sahədə fəaliyyət göstərən partnyorumuz “One Smart Star”ı ziyarət etdik.

Təşkil olunan çay süfrəsi ətrafında şirkətin rəhbəri Vüqar Əliyarov təqdimatı zamanı “One Smart Star”ın fəaliyyət istiqamətləri ilə bağlı məlumat verdi. Rabitə şəbəkəsinə çıxış imkanlarını artıran, şirkətlərin bütün əlaqə məlumatlarını tək, sadə və asan yadda qalan ulduzlu nömrədə cəm edən bu texnologiya haqqında iştirakçıları maarifləndirdi.

Eləcə də bu görüşlə sahibkarların B2B əlaqələrini genişləndirməsinə, onların sahibkarlığa dair mühüm mövzular ətrafında biznes təcrübələrini bölüşməsinə vasitəçi olduq.

İştirak edən şirkətlər:

Bioestetik
Kibrittech
Unisell
Biselle
Az-İnşaat Holding
Zetaş Yapı
Meslehetci.az
Nil Təhsil Mərkəzi
Easy Solution
Komiforest