5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”

24-26 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” baş tutacaq.

“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

🔵Nəzərinizə çatdıraq ki, sərgidə ziyarətçi iştirakı tamamilə ödənişsizdir.

Sərginin tərəfdaşları:
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasıdır.

Sponsor: Gülətkin Logistika

Promo tərəfdaş: Moon Group

Media Tərəfdaşı: BHB Strategic and Creative CO

📅Tarix: 24-26 iyun
📍Ünvan: Bakı Ekspo Mərkəzi
🎟️Qeydiyyat üçün: https://bit.ly/3wCsw3B

Ətraflı məlumat üçün:
☎️*0555
📱+99450 254 33 49
🌐www.marsolexpo.az