21 illik təcrübəyə malik olan “Silo Construction” MMC davamlı olaraq inkişaf nümunəsi sərgiləyərək regionun ən nüfuzlu şirkətləri arasında öz xusüsi yerini tutmuşdur.

Bu illər ərzində ixtisaslaşmış, modernləşdirilmiş və perspektivli şirkətə çevrilmişdir.

Şirkətin peşəkar işçi heyəti və mütəxəssisləri sayəsində tamamlanmış tikinti-quraşdırma işləri, eləcə də mövcud olan yeni layihələri yüksək səviyyəli işin bariz nümünəsidir.

Silo Construction reallaşdırdığı effektiv layihələr nəticəsində, heyvandarlıq fermalarının, taxıl anbarlarının,təmizləmə zavodlarının qurulması, montajı və inşaatını həyata keçirməklə bu sahə üzrə ölkədə lider olmağı bacarmışdır.

Şirkətin əsas məqsədi müştərilərinə dəyər vermək və onlara ən optimal variantlar təqdim etməkdir. Layihə öncəsi xidmət, məhsullar barədə ətraflı məlumatlandırma, prosses zamanı və layihə sonrası ehtiyac duyulan bütün texniki dəstəyin göstərilməsini şirkət təşkil etməyə çalışır.

“Silo Construction” MMC tikinti və quraşdırma aparmaq üçün mövcud olan bütün lazımi sertifikatların hər birinə sahibdir.

Ölkənin bir sıra dövlət əhəmiyyətli aqroparkların tikintisini də həyata keçirmişdir. Regionun ən çox ziyarət olunan və kütləvi informasiya vasitələrində ən çox işıqlandırılan “Caspian Agro” kənd təsərrüfatı sərgisinin daimi iştirakçısıdır.

Ünvan: Aşıq Molla Cümə küç. 3., Resant Office Center, Bakı, Azərbaycan

Telefon: +994 12 404 54 50

Mobil:  +994 50 302 19 22 / (+994) 51-207-73-49

web: https://siloconstruction.az/

e-mail:  [email protected]

Facebook: Silo Construction

İnstagram: siloconstructionaz

Rəy bildirin