İşgüzar Səhər Yeməyi “Mado” – 01.11.2023

“İşgüzar Səhər Yeməyi” çərçivəsində bu gün yeni partnyorumuz “Mado” restoranında bir araya gəldik. Səmimi mühitdə iştirakçılar arasında tanışlıqlar, B2B müzakirələr baş tutdu. Marsol Group-un gələcək fəaliyyətləri, “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi haqqında məlumat verildi.

Görüşün davamında “Sahibkarlığın İnkişafı Fondu”nun İctimaiyyətlə Əlaqələr şöbəsindən Selcan Sərdarlı iştirak edərək fondun fəaliyyətləri haqqında məlumat verdi və partnyorlarımızın suallarını cavablandırdı. O, həmçinin Marsol Group-un fəaliyyətləri, sahibkarlar üçün təşkil olunan işgüzar görüşlər və B2G formatında keçirilən tədbirlər haqqında təəssürtarlarını bildirdi.

Görüşdə olan fəaliyyətlər bununla da bitmədi, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, İqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlar üçün maarifləndirici təlimlə çıxış etdi. “Müəssisələrdə lider kimdir?” başlığı altında müxəlif maarifləndirici mövzulara toxunuldu, mövzu çərçivəsində suallar cavablandırıldı.

Sonda 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olundu.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər

MQS
Brain of Construction
BSC
Mado
Dekoriza
Lalee Halı
İcon Pərdə
Construction Business Group
Regional Construction Group
Ağ Saray
Unilift
Global Logistika
Ecober
Proav
AAFT
Envix Print
Ahəng Psixologiya Mərkəzi
Techmaster
Maricell Astara Resort
Kral Rent a Car
Hafele
Flame Tour
Onur Plast
Pak Xalça
Slavyanka
Sarp Systems
Sahibkarlığın İnkişafı Fondu
İnes Preacast
VMR Tekstil
Lucky Office Sport