“Marsol Mini Futbol Turniri 2023” – Final

28 oktyabr tarixində “Marsol Group” partnyorlarından ibarət 32 komandanın iştirakı ilə start götürən “Marsol Mini Futbol Turniri 2023” yekunlaşıb.

24 dekabrda keçirilən Final mərhələsində 1-ci yeri ArchiCO, 2-ci yeri Kapital Bank, 3-cü yeri isə KOBİA komandası tutub.

Qeyd edək ki, şirkətlərarası mini futbol turniri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA-nın tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə keçirilmişdir.

Yekunda qalib komandalara kubok, medal və digər hədiyyələr təqdim olunub.

Turnirdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Turnirin baş sponsoru: ERZ Ofis Mebelleri

Turnirin Sponsorları:
Kovrolin.az
Laser Serviсe
MODERN HOSPITAL

Promo Tərəfdaşı: Moon Group Poliqrafiya & Promo

Təşkilatçı: QOLAT Sport Services