“İşgüzar Səhər Yeməyi” və Xeyriyyə yarmarkası – 26.12.2023

26 dekabr Marsol Group və Birgə və Sağlam İctimai Birliyinin təşkilatçılığı ilə “İşgüzar Səhər Yeməyi” çərçivəsində xeyriyyə məqsədilə autizmli gənclərin əl işlərindən ibarət yarmarka keçirilib. Tədbirdə iştirak edən 40-a yaxın Marsol Group partnyoru arasında B2B görüşlər və tanışlıqlar olub. Bununla yanaşı sahibkarlar xeyriyyə məqsədilə təşkil olunan yarmarkada gənclərin hazırladığı əl işlərindən alaraq onlara dəstək olublar.

Marsol Group-un təsisçisi Tural Mustafayev öz çıxışında təşkil olunan tədbirin mahiyyəti haqqında məlumat verib. Televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Nuran Hüseynov da tədbirdə iştirak edib. O, bu tip xeyriyyə məqsədilə təşkil olunan tədbirlərin əhəmiyyətini vurğulayıb. Həmçinin tədbirdə iştirak edən birliyin sədri Aytən Eynalova xeyriyyə məqsədilə təşkil olunan layihələr və Autizm Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.

Tədbir zamanı autizmli gənclərdən ibarət xor qrupu tərəfindən ifa olunan musiqi və tamaşalar böyük maraqla qarşılanıb.

Marsol Group bu kimi xeyriyyə layihələrində Birgə və Sağlam İB ilə sıx əməkdaşlıq edir. Belə tədbirlər yardımın əhəmiyyətini vurğulamaqla yanaşı sahibkarlarımız arasında səmimi mühitin yaranmasına da xidmət edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Ascend
Zərif Zərgər
Baku Stone Factory
Vien Group
VMR Tekstil
Sofistico
Fleet Stock
Formag Logistics
E-Mobile
Lassa
Azani
Maricel Real Estate
Rövşənoğlu Holding
Asstretch
Lucky Office Support
Catering Baku
World Karyera
Vibrostone
Kral Rent a Car
STV Engineering
One Smart Star
Lux Concept
Hood Academy
İnox
Birgə və Sağlam İctimai Birliyi
İdeal Print
A Trading Azərbaycan
MVC Group
Abşeron Otel Group
BF Group
Beynəlxalq Təhsil Mərkəzi