Ofis Ziyarəti “Elektro Mall” – 26.12.2023

Bu gün “Ofis Ziyarəti” çərçivəsində 20-yə yaxın partnyorumuzla yeni fəaliyyətə başlayan “Elektro Mall”ın şourumunu ziyarət etdik. Çay süfrəsi ətrafında partnyorlarımız arasında yeni tanışlıqlar baş tutdu. Görüş şirkətin təsisçisi Emin Mahmudovun “Elektro Mall”ın fəaliyyətləri və məhsulları haqqında təqdimatı ilə davam etdi. Bununla yanaşı partnyorlarımıza maraqlı gələn məhsullarla yaxından tanışlıq üçün şourumda gəzinti təşkil olundu. Emin bəy spot, lampa, və digər məhsulların quraşdırılması və istifadə qaydası ilə partnyorları tanış etdi.

Nəzərinizə çatdıraq ki, “Elektro Mall” şirkəti yanğından mühafizə məhsulları, hərəkətli pilləkən işıqları və müxtəlif dizaynlı spot, lampa və işıqların satışını həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Regional Construction Group
Construction Business Group
SKY Lift
Roofs
Aso Group
Katana
AAFT
İ Tech
Global Logistics
Natura İnşaat
SR Group
Mobil Group
MQS