İşgüzar Səhər Yeməyi “Masallı” – 26.12.2023

Regionlarda fəaliyyətlərimiz davam edir.

26 dekabr Marsol Region-un təşkilatçılığı ilə növbəti görüşümüz partnyorlarımız və Masallı sahibkarları ilə birlikdə “Masallı Süfrəsi” restoranında baş tutdu. Paytaxt və regionlarda sahibkarlarımızın netvörkinq əlaqələrinin daha da genişlənməsi, dövlət və özəl qurumların bu sahədə yeni layihə və təşviqləri haqqında geniş məlumatların əldə edilməsi üçün faydalı bir görüş oldu. Səmimi mühitdə müxtəlif sektorları təmsil edən sahibkarlarımızı tanıyıb, fəaliyyətləri haqqında məlumat aldıq. Eyni zamanda Marsol Group-un növbəti ildə baş tutacaq layihələri, biznes turlar və digər fəaliyyətlər haqqında da məlumat verildi.

İştirak edən sahibkarlarımıza təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!